"Şir"(in)bala

ŞİR (23 İyul – 23 Avqust)
Elvin


Şir bürcünün xarakteristik əlamətləri

Nişanəsi oddur. Ulduzlar padşahı olan Günəşin himayəsindədir. Günəşin şir bürcündən keçdiyi dövrdə doğulanlar hökmlü və daxili aləmləri zəngin olur. Çox böyük daxili qüvvə sahibi olsalar da, temperamentli və tez qızışan olurlar. Nə qədər çətinliklərə rast gəlsələr də, təbii şuxluqlarını nadir halda itirirlər. Adamlardakı xainlik onları hər şeydən artıq heyrətləndirir. Onlar var-dövləti, cah-cəlalı sevir, həmişə vəfalı dost olmağa çalışırlar. Qonaqpərvərliyə meyl göstərən bu adamlar çox vaxt israfçılıqları səbəbindən müflisləşirlər.Bu bürcün altında doğulan qadınlar məhəbbətdə səmimi, hərarətli, səxavətli olub dolaşıq sevgi macəralarını xoşlamırlar. Məğrur olurlar və pərəstişkarlarının çox olmasını istəyirlər. Təsadüfi əlaqələrdən qaçırlar. Kişi məclislərini üstün tuturlar. Sevdikləri adama qarşı çox tələbkar olub xəyanəti bağışlamırlar. Sevdikləri adamın onları sevdiklərini və onlara layiq olduqlarını dəqiqləşdirməmiş nigah bağlamırlar. Gözəl ana və evdar qadın olurlar.


Şir bürcü və simvollar :

Planeti: - Günəş
Elementi: - Od-alov
Xüsusiyyəti: - Sabit
Uğurlu rəqəmi: - 5
Günü: - Bazar günü
Uğurlu daşı: - Sarı sapfir
Rəng: - Sarı, narıncı
Heyvan: - Aslan, pişik
Qiymətli maddə: - Qızıl

Hiç yorum yok:

Gülümsəyin cənablar!

Gülümsəyin cənablar!

Əlaqə üçün

  • 050 4903218 (Elmin)
  • dia117@gmail.com
  • elminhesenli@gmail.com

sayğac