"Qoç"lar


QOÇ (21 Mart – 20 Aprel)
Afaq, Ruslan, Tural

Qoç bürcünün xarakteristik əlamətləri

Nişanəsi oddur. Marsın himayəsindədir. Günəşin Qoç bürcündən keçdiyi dövrdə doğulanlar qüvvətli və çevik olurlar. Kişilərin və qadınların ümumi cəhətləri bunlardır: şöhrətpərəstlik, nikbinlik, tez qızışmaq, özündən müştəbehlik, şişirtməyə meyl.
Kişilər təcavüzkar, nəzakətsiz olmaları ilə seçilirlər. Başqalarının mənafeyi və iradəsi ilə hesablaşmırlar. Hərəkət etməyi, iş görməyi xoşlayırlar. Onlarda ədalət hissi güclü olsa da, səbirsiz, hövsələsiz olduqlarından tez-tez çətin vəziyyətə düşürlər. Bu bürc altında doğulan kişilərin həyatlarının mənası işləməkdir. Amma tez qızışan, kobud olduqlarından ailəcanlı olmurlar. Burada hər şey qadının diplomatiyasından və nəzakətindən asılıdır. Qoç bürcü altında doğulan qadınlar kişi ixtisaslarına tez yiyələnirlər. Nigahda ağalıq etməyə, kişidən üstün olmağa çalışırlar
.
Qoç bürcü və simvollar:

Planeti: - Mars
Elementi: - Od-alov
Xüsusiyyəti: - Liderlik
Uğurlu rəqəmi: - 1 və 9
Günü: - 2-ci gün
Uğurlu daşı: - Yaqut
Rəng: - Qırmızı
Heyvan: - Qoyun
Qiymətli maddə: - Dəmir

Hiç yorum yok:

Gülümsəyin cənablar!

Gülümsəyin cənablar!

Əlaqə üçün

  • 050 4903218 (Elmin)
  • dia117@gmail.com
  • elminhesenli@gmail.com

sayğac