"Oxatan"lar

OXATAN (23 Noyabr – 21 Dekabr)
Samir, Cəlil


Oxatan bürcünün xarakteristik əlamətləri

Nişanı oddur. Yupiterin himayəsindədir. Günəşin Oxatan bürcündən keçdiyi dövrdə doğulanlar təmkinli, fəal olurlar. Kişilər qadınların xoşuna gəlirlər. Kişilər cəsur, sərbəst olub igidlik göstərməyə, macəralardan keçməyə üstünlük verirlər. Şux və mehriban xasiyyətlərinə baxmayaraq, bəzən imkanlarından çox-çox uzaq olan zirvələrin həsrəti ilə yaşayırlar. Yer onlara kiçik görünür və bəzən hətta nə istədiklərini də bilmirlər. Ömürləri qısa olur.
Bu bürc altında doğulan qadınlar iki tipdə olurlar. Nigaha və ailə həyatına çox çətinliklə uyğunlaşırlar. Özlərini sərbəst hiss eləməyi xoşlayırlar. Uğur qazanmağı bacarırlar. İkinci tipdən olan qadınlar müstəqil düşüncəli, kübar, ehkamlardan azad qadınlardır. Hər işi məharətlə görməyi bacarırlar. İstedadlı adamları xoşlayırlar.

Oxatan bürcü və simvollar :
Planeti: - Yupiter
Elementi:- Od-alov
Xüsusiyyəti: - Dəyişkən
Uğurlu rəqəmi: - 5 və 7
Günü: - 4-ci gün
Uğurlu daşı: - Lal
Rəng: - Yasəmən rəngiHeyvan: - At
Qiymətli maddə: - Dəmir

Hiç yorum yok:

Gülümsəyin cənablar!

Gülümsəyin cənablar!

Əlaqə üçün

  • 050 4903218 (Elmin)
  • dia117@gmail.com
  • elminhesenli@gmail.com

sayğac