"Oğlaq"lar

OĞLAQ (20 Dekabr – 20 Yanvar)
Sədi, Nəsimi


Oğlaq bürcünün xarakteristik əlamətləri

Nişanı Yerdir. Saturnun himayəsindədir. Günəşin Oğlaq bürcündən keçdiyi dövrdə doğulanlar tərs, inadcıldırlar. Ağıllıdırlar. İstər fiziki, istərsə də mənəvi cəhətdən dözümlüdürlər. Real həyatla yaşayır, işləməyi bacarır və xoşlayırlar. Var qüvvə ilə uğur qazanmağa can atır və addım-addım, pillə-pillə məqsədə yaxınlaşır, nəticədə istəyə nail olurlar.
Bu nişan altında doğulanlar həmişə hörmət qazanırlar. Amma çox qapalı olduqlarından onlarla açıq söhbət etmək çətindir.
Doğum tarixi Oğlaq bürcü ilə bağlı olanlar ənənəni, ədəb-ərkanı, sabitliyi xoşlayırlar. Məqsədsiz qərar qəbul etmir, tez qızışan və ehtiyatsız iş tutan deyillər. Zahirən təkəbbürlü görünsələr də, daxilən öz tənhalıqlarından əzab çəkir və çevrədə olanların rəğbətini qazanmaq istəyirlər. Çox vaxt həssas və utancaq olur, lakin bunu böyük səylə gizlədirlər. Məğrurluğu onlara əzab-əziyyət gətirir.
Oğlaq bürcündə doğulanlar parlaq zəkalı, güclü yaddaşlı olurlar. Ömürlərinin ikinci yarısı birinci yarısından xoş keçir. Evlənmək qərarına gəlsələr də, çox gec evlənirlər. Subayların çoxu bu nişan altında doğulanlardır.

Oğlaq bürcü və simvollar :
Planeti: - Saturn
Elementi: - Torpaq
Xüsusiyyəti: - Liderlik
Uğurlu rəqəmi: - 2 və 8
Günü: - Şənbə günü
Uğurlu daşı: - Firuzə
Rəng: - Tünd yaşıl və qəhvərəngi
Heyvan: - Keçi və buynuzlu heyvanlar

Hiç yorum yok:

Gülümsəyin cənablar!

Gülümsəyin cənablar!

Əlaqə üçün

  • 050 4903218 (Elmin)
  • dia117@gmail.com
  • elminhesenli@gmail.com

sayğac