Su tökənlər

DOLÇA (21 Yanvar – 18 Fevral)
Ə.Elnur, Nağı


Dolça bürcünün xarakteristik əlamətləri

Nişanı havadır. Saturn və uranın himayəsindədir. Günəşin Dolça bürcündən keçdiyi dövrdə doğulanlar xaraktercə emosional, təbiətcə həssas olurlar. Dolça bürcü altında doğulanlar öz insaniyyətləri sayəsində çox cazibədar olurlar. Onlar dərdə şərik olur və çətinliyə düşənlərə əllərindən gələn köməyi etməyə çalışırlar. Bu bürc altında dünyaya gələnlər təvazökar olur, nadir hallarda başqalarına ağız açırlar. Onların həyatı uğursuz ola bilər, amma heç bir zaman maraqsız olmaz. Həyatın hər üzünü görəcəklər- zənginliyi də, yoxsulluğu da, parlaq uğuru və faciələri də, maraqlı görüşləri və məyusluqları da. Bəzən onlara elə gələcək ki, məhv olub getmişlər, amma tale onlara nicat verəcəkdir.
Dolça bürcü altında doğulan qadınlar çox cazibədar olurlar. Onlarla vaxt heç zaman darıxdırıcı olmur. Doğulma tarixləri bu bürclə bağlı olan qadınlar incə, zərif olur, yaxşı rəqs edirlər. Söhbətləri maraqlı və şirin keçir. Ərə tez gedir, amma nadir hallarda xoşbəxt olurlar. Çünki məhəbbətləri ərlərinin məhəbbətindən güclüdür.

Dolça bürcü və simvollar :
Planeti: - Uran
Elementi: - Hava
Xüsusiyyəti:-Sabit
Uğurlu rəqəmi: - 1 və 7
Günü: - 3-cü gün
Uğurlu daşı: - Firuzə
Rəng: - Mavi
Heyvan: - Böyük quşlar
Qiymətli maddə: - Uran

Hiç yorum yok:

Gülümsəyin cənablar!

Gülümsəyin cənablar!

Əlaqə üçün

  • 050 4903218 (Elmin)
  • dia117@gmail.com
  • elminhesenli@gmail.com

sayğac